d.h.

I 185 dickhäutig II (das heißt) yəni, demək ki
D
d.j.
OBASTAN VİKİ
H
Latın qrafikalı Azərbaycan əlifbasında 11-ci hərf. Azərbaycan əlifbasında cingiltili qarşılığı olmayan yeganə kar samitdir. Boğaz samitidir.
H.Eichler
Hansjorq Eyçler (ing. Hansjörg Eichler; 1 aprel 1916, Ravensburq[d] – 22 iyun 1992, Berlin) — Avstraliya botaniki. Hansjorq Eyçler toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Atriplex eichleri Aellen, 1965 Bassia eichleri Ising, 1961 [syn. Sclerolaena holtiana (Ising) A.J.Scott, 1978] Chionogentias eichleri L.G.Adams, 1995 [syn. Gentianella eichleri (L.G.Adams) Glenny, 2004] Euphrasia eichleri W.R.Barker, 1982 Gomphrena eichleri J.Palmer, 1998 Haloragis eichleri Orchard, 1975 Millotia eichleri P.S.Short, 1995 Naravelia eichleri Tamura, 1986 [syn. Clematis menglaensis M.C.Chang, 1980] Picris eichleri Lack & S.Holzapfel, 1993 Ptilotus eichlerianus Benl, 1970 Ranunculus eichlerianus B.G.Briggs, 1960 Tribulus eichlerianus K.L.Wilson, 1992 Xanthosia eichleri J.M.Hart & Henwood, 1998 Zygophyllum eichleri R.M.Barker, 1998 [syn. Roepera eichleri (R.M.Barker) Beier & Thulin, 2003] Orchard, A.E. A History of Systematic Botany in Australia // Флора Австралии = Flora of Australia. — 2. — 1999 —.
H.Karst.
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
H.Q.
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
YDG-H
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı (kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger; türk. Yurtsever Devrimci Gençlik Hareket, abr. YDG-H) — Kürdüstan Fəhlə Partiyasının (PKK) gənclərdən ibarət şəhərdaxili, silahlanmış qolu. Daha təcrübəli PKK döyüşçüləri tərəfindən şəhərdaxili müharibə üzrə təlim görmüş və 15–25 yaş qrupundan olan uşaq və böyüklərdən ibarət olan təşkilat 2006-cı ildə təsis edilmişdir. Təşkilat 2014-cü ildə Türkiyənin hüquq-mühafizə işçiləri ilə vuruşmağa başlamış və zorla öz hakimiyyətini qəbul etdirməyə çalışmışdır. Təşkilatın strategiyası Cənub-şərqi Anadolu regionunda yerləşən müxtəlif şəhər və qəsəbələrdə muxtariyyətin birtərəfli bəyan edilməsi və şəhərdaxili ərazilər boyunca əldəqayırma partlayıcı qurğular ilə möhkəmləndirilmiş səngər və barrikadaların yaradılması idi. Təşkilat Cənub-şərqi Anadoluda yaşayan kürdlərin regional şəkildə özünüidarəetmə mübarizəsini dəstəkləyirdi. YDG-H təşkilatının iddia edilən digər missiyaları regionda narkomaniya və fahişəlik, eləcə də digər cinayətlər ilə bağlı bütün fəaliyyətlərin sona çatdırılması da var idi. YDG-H 2015-ci ilin dekabr ayında PKK tərəfindən yenidən təşkil olunmuş və Mülki Qoruma Dəstələri (YPS) adlandırılmışdır.
H səhmləri
H səhmləri (ing. H share, çin.: H股; 恒生中國企業指數, Hang Seng China Enterprises Index — Xan Sen Çin Müəssisələri İndeksi kimi də tanınır) materik Çində siyahıya alınmış və Honq Konq Birjasında satılan şirkətlərin səhmlərinə aiddir. Bir çox şirkətlər öz səhmlərini eyni vaxtda Honq Konq Birjasında və iki (Şanxay və ya Şençjen) Çin materik birjasından birində yerləşdirirlər. Eyni şirkətin H-səhmlərinin və A-səhmlərinin qiymətlərində böyük uyğunsuzluq adi bir hadisə deyil. A-səhmləri adətən H-səhmlərinə görə yüksək qiymətlə ticarət edilir, çünki Çin hökuməti materik Çinlilərin xaricə sərmayə qoymasını və əcnəbilərin materik Çindəki A səhm bazarlarına investisiya qoymasını məhdudlaşdırır.
Suriya müharibəsi (2011-h.h)
Suriyada vətəndaş müharibəsi – Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub. Artıq 9 ilə yaxındır ki, davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. Hal hazırda Suriyada əsas qüvvələr müxalif qüvvvələrin dəstəkçisi Türkiyə ilə Rejim qüvvələrinin dəstəkçisi Rusiyadır. Fevral ayının 29-da İdlibdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Türk Silahlı Qüvvələri mövqeyinə açılan raket zərbələri nəticəsində rəsmi 33, qeyri-rəsmi isə 100dən çox Mehmetçik şəhid olmuşdur. Hal hazırda Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Müxalif Qüvvələr Saraqib yaxınlığında Rejim qüvvələriylə şiddətli atışmalara girmişdir. Suriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər arasındakı təxribatçılar tərəfindən atəş açılıb.
D
Latın qrafikalı Azərbaycan əlifbasında 5-ci hərf, 23 samitdən biri. D cingiltili samitdir və kar qarşılığı t samitidir.
A.H.Gentry
Alvin Hovard Gentri (ing. Alwyn Howard Gentry; 6 yanvar 1945, Clay Center[d], Kanzas – 3 avqust 1993, Ekvador) — ABŞ botaniki. James S. Miller, Peter H. Raven et al.: Alwyn Howard Gentry: A Tribute. In: Annals of the Missouri Botanical Garden, Volume 83, Number 4, 1996. pp. 433–460. Miller, James S; Theodore M Barkley, Hugh H Iltis, Walter H. Lewis, Enrique Forero, Mark Plotkin, Oliver Phillips, Ricardo Rueda and Peter H Raven. Alwyn Howard Gentry, 1945—1993: A Tribute (англ.) // Annals of the Missouri Botanical Garden : journal. — Missouri Botanical Garden Press, 1996. — Vol.
A.H.Sm.
Aleksandr Hençett Smit (ing. Alexander Hanchett Smith; 12 dekabr 1904 – 12 dekabr 1986, Ann-Arbor, Miçiqan) — ABŞ botaniki. Common edible and poisonous mushrooms of southeastern Michigan. (1938) Mushrooms in Their Natural Habitats. (1950?) Puffballs and their allies in Michigan. (1951) The Mushroom Hunter’s Field Guide. (1958, 1963) Keys to genera of higher fungi. (1964, Shaffer ilə) How to Know the Non-Gilled Fleshy Fungi. (1973, 1981, X. və N. Smit) A field guide to western mushrooms. (1975) How to Know the Gilled Fungi.
Cozef H. Flom
(1923 - 2011) məşhur amerikalı hüquqşünas. Cozef Flom Baltimorda anadan olmuşdur. Harvard Hüquq Məktəbini 1948-ci ildə fərqlənmə ilə bitirmişdir. Flom öz hüquq karyerasını 1948-ci ildə "Skadden"də başlamışdır (təsisçi kimi) və Skadden tam həcmli hüquq servisi göstərən dünyada ən iri hüquq şirkətinə çevrildi. Şirkətin 2000 yaxın hüquqşünası var, filialları və nümayəndəlikləri isə ABŞ-nın 9 şəhərində, Pekində, Brusseldə, Parijdə, Honqkonqda, Londonda, Moskvada, Tokioda və bir çox digər şəhərlərdə mövcuddur. Flom şirkətlərin birləşməsində və ya böyük bir şirkət tərəfindən kiçik şirkətin udmasında (özünə daxil etmə) sahəsində özünə şöhrət qazanmış vəkildir. Həmçinin bütün növ korporativ sazişlər sahəsində göstərilən xidmətlər onun təcrübəsinə daxildir (qiymətli kağızlar, bank işi, korporativ təşkilatçılıq və s.).
H-110 Sarir
H-110 "Sarir" (fa: سریر, mənası "Taxt") PUA-ları İİKK tərəfindən verilən sifarişlə 2011-ci ildə hazırlanmağa başlayıb və 2013-cü ilin aprelində keçirilən təntənəli mərasimlə silahlanmaya qəbul edilib. Elektro-optik və infraqırmızı sensorlardan istifadə edən "Sarir" kəşfiyyat və müşahidə vəzifələrini yerinə yetirmək üçün optimallaşdırılıb. İran KİV-lərinin məlumatına görə PUA "hava-hava" tipli raket silahları daşıya bilir. Bu cihaz İran silahlı qüvvələrində geniş yayılıb. H-110 "Sarir" pilotsuz vasitəsi ərazinin kəşfiyyatı, potensial düşmənin gizli hərəkətini aşkar etmək, ölkənin hava sərhədlərinə nəzarət etmək və hava hədəflərinə hücum üçün fəal istifadə olunur. İran təyyarə istehsalçılarının H-110 "Sarir" pilotsuz uçuş aparatının dizaynına kifayət qədər ixtisaslı yanaşması sayəsində iki ildən az müddətdə planlaşdırılan layihəni başa çatdırmaq mümkün oldu. Dəyəri çox da yüksək olmayan PUA çox sayda hərbi hissəni bu vasitələrlə təchiz etməyə imkan verdi. Bundan əlavə, 2015-ci ildə digər ölkələr, o cümlədən Venesuela və Kolumbiya da İrandan H-110 "Sarir" dronlarının alınmasına maraq göstərdilər. İranın H-110 "Sarir" pilotsuz uçuş aparatı üç növ kamera, o cümlədən elektro-optik gündüz kamerası ilə təchiz edilir. Əlverişsiz və ya qeyri-kafi görünmə şəraitində ərazini izləmək üçün infraqırmızı kameradan istifadə edilir.
P.H.Weston
Piter Henri Ueston (ing. Peter Henry Weston; 22 oktyabr 1956) — Avstraliya botaniki. Piter Henri Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. 100-ə yaxın bitki cins və növünü təsnif etmişdir. Weston P. H. Systematics and biogeography of the Persooniinae (Proteaceae). — 1983. — 357 p. "Weston, Peter Henry (1956-)". JSTOR. ITHAKA. İstifadə tarixi: 2017-11-06.
Ronqoronqo mətn H
Ronqoronqo mətn H — günümüzdə mövcud olan 24 Ronqoronqo mətnindən biridir. Böyük Santiaqo olaraq da bilinir.
Opel Astra H
Vilyam H. Meysi
Vilyam Holl Meysi Cr. (ing. William Hall Macy Jr; 13 mart 1950[…], Mayami, Florida) — ABŞ aktyoru. O, həm böyük, həm də müstəqil filmlərdə çəkilib. Onun rol aldığı məşhur filmlərdən bəziləri arasında "Farqo", "Boogie Nights" və "Jurassic Park III" var. Meysi iki "Emmi" və dörd "Ekran Aktyorları Gildiyası" mükafatı qazanıb. O, "Farqo" filmindəki performansına görə "Oskar" mükafatına namizəd göstərilib. Meysi 2011-ci ildən 2021-ci ilə qədər "Utanmaz" teleserialında Frenk Qallaher adlı personajı canlandırıb. Aktyor 1997-ci ildən etibarən Felisiti Haffman ilə evlidir. Vilyam Holl Meysi Florida ştatında yerləşən Mayami şəhərində doğulub.
D-20
D-20 — Sovet (SSRİ) istehsalı olan 152 mm-lik yedəklənən haubiça-topu . İri kaliberli artilleriya silahi olub, sərrast və asma atəşi üçün nəzərdə tutulmuşdur. Maksimal atəş məsafəsi 24000m-dir. Haubiça-topu ikinci dünya müharibəsindən sonra hazırlanmağa başlamış və 1955-ci ildə ordu sıralarında görünmüşdür. D-20 topu ilk olaraq vertikal işləyən yarımavtomatik pazlı çaxmaq sistemi ilə təhciz olunmuş haubiçadır. Topun atəş qurğusu lülədən, mərmi kamerasından, daraqdan və lülə ucu əyləcdən (tormoz) ibarətdir. Top bir oxlu lafet üzərinə quraşdırılmış və yedəklənəndir. Topdan atəş xüsusi hazırlanmış, ayrılıqda mərmi və giliz doldurucusu ilə aparılır. Mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür: Qəlpələnən-fuqaslı ОФ-32 mərmisi. Atış məsafəsi 17400m-dir .
D-30
122 mm-lik D-30 haubitsa — sovet istehsalı olan top. 1963-cü ildə ilk dəfə Sovet ordusunda xidmətə qəbul olunmuşdur. Maksimum atəş məsafəsi 15.4 km-dir. Variantları: 2A18 2A18M 2A18M1 2A31 2A32 Üç ədəd dayaq üzərində dayanır və 360 dərəcə çevrilərək atəş aça bilir. Bu toplar hal-hazırda da 60-dan çox ölkənin silahlı qüvvələrində istifadə olunur və istehsalı da davam etdirilir. Düşmənin açıqda və qorunan yerlərdə olan canlı qüvvəsini məhv etmək; Düşmənin piyada hissələrinin atəş vasitələrini məhv etmək; Düşmənin DZOT və başqa istehkamlarını məhv etmək; Minalanmış ərazilərdə və tikanlı səddlərdə yol acmaq; Düşmənin motomexaniki vasitələri və tankları ilə mübarizə aparmaq. Haubitsa ayrılmış giliz–mərmi doldurulması sistemi ilə qurulmuşdur. Lafetin quruluşu dairəvidir. Haubisa qoşqulu təkərli və qoşqulu tırtıllı texnika ilə atəş zonasına çatdırılır. Normal sürət rəvan yolda 80 km–dır.
D-8
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 (ing. D-8 Organization for Economic Cooperation, also known as Developing-8) — 8 müsəlman dövlətindən ibarət təşkilat. D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur. D8 15 iyun 1997 tarixində ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında rəsmi olaraq toplanmışdır. 15 iyun 2017-ci ildə İstanbulda, Çırağan Sarayında təşkilatın 20 illiyi qeyd edilmişdir. Təşkilatın əsaslandığı əsas qarşılıqlı əlaqə prinsipləri: Münaqişələr əvəzinə sülh Mübahisələr əvəzinə dialoq İstismar əvəzinə kooperasiyalar İkili standartlar əvəzinə hüquq Zülm əvəzinə demokratiya Diskriminasiya əvəzinə hüquqi bərabərlik. İslam Əməkdaşlıq Təşkilatı Müsəlman dünyası Rəsmi saytı (ing.) Facebookda D8 (ing.) Twitterdə D8 (ing.) Youtubeda D8 (ing.) D8 jurnalının 2014 buraxılışı D8 türkcə rəsmi bloqu (türk.) Necmettin ERBAKAN. "NO:103 Prof. Dr. NECMETTİN ERBAKAN, (D--8) Çırağan Buluşması. 2005" ( (türk.)).
D-Smart
D-Smart — 2006-cı ildə fəaliyyətə başlamış və 10 Fevral 2007-ci ildə istifadəyə verilən, Doğan Yayın Holdinq tərəfindən qurulan və 24 Mart 2018-ci ildə Demirören Holdinqə satılan rəqəmsal yayım platformasıdır. Türksat 3A və Türksat 4A peyklərində yayımlanır. 1 yanvar 2016-cı il tarixinə 85-i HD olmaqla, 270-dən çox yerli və xarici kanala sahib olan, D-Smart Türkiyədə ən çox kanala sahib olan rəqəmsal platformadır. D-Smart özəl kanallarda, VideoGuard şifrələmə sistemindən istifadə edir. D-Smart platformasında, "Hoş Geldin Paketi", "Aile Spor Paketi", "Sinema Dizi Paketi", "Mega Paket" olmaqla 4 əsas paketindən əlavə "Belgeselsever", "Eğlencesever", "Belgeselsever +" "Eğlencesever" və "Sporsever" adında 4 əlavə paket də vardır. UEFA Çempionlar Liqasının oyunları 2008-2009-cu il mövsümündən etibarən bu platformada yayımlanır və 2014-2015-ci il mövsümünə qədər yayım hüququnu saxlayır. Növbəti mövsüm UEFA Avropa Liqasının yayım hüquqlarını satın aldı. 2014-2015 mövsümünə qədər matçlar da D-Smart-da canlı yayımlanırdı. MTV və Nickelodeon kanalından sonra Türkiyədəki 2011 nəşrlərinin sona çatan müqaviləsi dayandırıldığı üçün D-Smartın hər iki kanalı da Avropada yayımlanır MTV Avropa və Nickelodeon da Avropa kanallarının siyahısına əlavə edildi. Daha sonra Digitürkün Viacom ilə razılaşması səbəbindən platformadakı yayımlara xitam verildi.
D-moll
D-moll — 2018-ci ildə Monteneqroda qurulmuş musiqi qrupu. D-moll qrupu Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Onlar Monteneqronun RTCG telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi Montevizija adlı seçim turuna "Heaven" mahnısı ilə qatılmışdırlar. Nəticədə qrup digər rəqiblərini geridə qoyaraq seçim turunun qalibi olmuş və Monteneqronu Avroviziyada təmsil etmək hüququ əldə etmişdir.
D (dəqiqləşdirmə)
D — Latın qrafikalı Azərbaycan əlifbasında 5-ci hərf. D (çay) — çay D (videooyun) — videooyun D (proqramlaşdırma dili) — obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biri.
D vitamini
D vitamini (кalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır. D vitamini antiraхit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda кalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raхit хəstəliyi əmələ gəlir. Gündəliк tələbat 400 beynəlхalq vahidə və ya 10 mкq-a bərabərdir. Beynəlхalq vahid (BV) olaraq erqoкalsiferolun 0,025 miкroqramı qəbul edilmişdir.
Hepatit D
Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik. Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər xəstəliyinə tutulma ehtimalı daha yüksək olur və xroniki infeksiya halında, hepatoselüler karsinom ehtimalı artır. Hepatit delta virusu insan və heyvan patogenləri arasında bir sıra ümumi xüsusiyyətlərə malikdir, həm bitki viroidləri, həm də bitki viroidə bənzər satellit RNT-ləri ilə. Bu kiçik RNT tərkibli yoluxucu agent satellik virusdur, çünki o, hüceyrələrdə çoxalması və infeksiyanı inkişaf etdirməsi üçün hüceyrələrin hepatit B virusu ilə yoluxmasını tələb edir (genomunu paketləmək üçün hepatit B zərf zülallarından (S antigenləri) istifadə edir). Delta hepatit virusunun hüceyrə transkriptini tutan primitiv viroid kimi RNT-dən inkişaf etdiyinə dair fərziyyə var. Qanla ötürülən bu patogen qaraciyərdə çoxalır və tez-tez həm primatlarda, həm də primat olmayan məməlilərdə kəskin hepatitə səbəb olur.
Kanal D
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur. "Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir.